Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
Hadisə
- 01 mart, 2021
- 07:29
Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində müntəzəm reydlər keçirir, əvvəllər düşmən ordusunun səngərlərinə və saxlanc yeri kimi istifadə etdikləri qazmalara müntəzəm baxış keçirirlər.
Növbəti belə tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 1 ədəd tank əleyhinə idarə olunan raket, 6 ədəd müxtəlif markalı əl qumbaraları, 2 ədəd qumbaraatan mərmisi, tank əleyhinə təlim minası və digər döyüş sursatları aşkar edilərək götürülüb və aidiyyatı üzrə təhvil verilib.
Xocavənddə düşmənin atıb qaçdığı silah-sursat aşkarlandı
Son xəbərlər
04:12
İrlandiya 43 Gürcüstan vətəndaşını deportasiya edib
Region03:50
Ərdoğan regiondakı gərginlik fonunda Türkiyənin Küveytə dəstəyini ifadə edib
Region03:13
Tramp Ağ Evin yanında yeni helikopter meydançasının açılışını edib
Digər ölkələr02:44
Foto
Azərbaycanlı pianoçu Serbiyada keçirilən konsert proqramında çıxış edib
Mədəniyyət siyasəti02:18
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi siyasi müzakirələri başlayır
Digər ölkələr01:39
MKİ rəhbəri İrlandiyada Zelenski ilə görüşüb
Digər ölkələr01:06
Rumıniyada COVID-19 pandemiyasında ölən insanların cəsədlərinin olduğu kütləvi məzarlıq aşkarlanıb
Digər ölkələr00:37
"Bloomberg": London husilərlə münaqişədə Ər-Riyadı dəstəkləyə bilər
Digər ölkələr00:15