Xocalıda traktor minaya düşüb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB

Xocalıda traktor minaya düşüb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB Xocalıda traktor minaya düşüb.
Hadisə
24 Avqust , 2023 13:03
Xocalıda traktor minaya düşüb, xəsarət alan var, araşdırma aparılır - YENİLƏNİB

Xocalı rayonunun işğaldan azad edilmiş ərazisində traktorun minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, avqustun 24-ü Xocalı rayonunun işğaldan azad edilmiş Sığnaq kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun tank əleyhinə minaya düşməsi nəticəsində 1987-ci il təvəllüdlü Əfqan Ələkbərlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Xocalı rayon prokurorluğunda araşdırma aparılır.

12:16

Xocalıda traktor minaya düşüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 24-də saat 11:30 radələrində Xocalı rayonunun Mədətkənd kəndi ərazisində təsərrüfat işləri aparılan zaman 1 ədəd traktorun tank əleyhinə minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

Partlayış nəticəsində xəsarət alan yoxdur.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi