Xırdalanda üçmərtəbəli evdə yanğın baş verib

Xırdalanda üçmərtəbəli evdə yanğın baş verib Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb
Hadisə
27 Noyabr , 2017 07:12
Xırdalanda üçmərtəbəli evdə yanğın baş verib

Bakı. 27 noyabr. REPORT.AZ/ Abşeron rayonu, Xırdalan şəhərində yanğın baş verib. "Report" xəbər verir ki, ümumi sahəsi 620 m2 olan mansard tipli üçmərtəbəli 11 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları 55 m2 sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Son xəbərlər

Orphus sistemi