Xırdalanda atışma zamanı öldürülən kişinin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Xırdalanda atışma zamanı öldürülən kişinin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB İnsident zamanı daha bir nəfər yaralanıb
Hadisə
31 Mart , 2017 04:58
Xırdalanda atışma zamanı öldürülən kişinin şəxsiyyəti müəyyənləşib - FOTO - YENİLƏNİB

Bakı. 31 mart. REPORT.AZ/ Xırdalan şəhərində atışma nəticəsində öldürülən kişinin şəxsiyyəti müəyyənləşib.

"Report" xəbər verir ki, bu, 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğludur. O, başından aldığı güllə yarasından ölüb.

***00:38

Gecə saatlarında Abşeron rayonunda bir neçə nəfərin iştirakı ilə silahlı insident baş verib.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərinin 28-ci məhəlləsində qeydə alınıb.

İnsident nəticəsində, hələlik soyadı məlum olmayan Valeh adlı şəxs başından güllələnərək qətlə yetirilib. Hadisə zamanı digər bir şəxs - 1985-ci il təvəllüdlü Qəbələ sakini Paşayev Xəyal Oqtay oğlu isə üç odlu silah yarası ilə 1 saylı Kliniki Tibbi Mərkəzə aparılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Hadisə yerinin müayinəsi zamanı ölən şəxsin əlində "Makarov" tipli tapança, həmçinin yerdə 7 giliz aşkar edilərək maddi sübut kimi götürülüb.

Son xəbərlər

Orphus sistemi