Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb

Hadisə
  • 26 iyun, 2019
  • 08:53
Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb

Abşeron rayonunda yolu keçən azyaşlını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb.

DİN Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyunun 25-i saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb.

Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib. 

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

44 - Tezliklə