Xəzər rayonunda avtomobil azyaşlını vuraraq öldürüb

Hadisə
  • 16 iyun, 2016
  • 08:11
Xəzər rayonunda avtomobil azyaşlını vuraraq öldürüb

Bakı. 16 iyun. REPORT.AZ/ Xəzər rayonunda avtomobil azyaşlını vuraraq öldürüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

İyunun 15-də saat 13 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Rahim Hüseynov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən qəsəbə sakini, azyaşlı Nuranə Zeynalovanı vurub. Xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi araşdırma aparır.