Yuxarı
    Bağlamaq

    Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyit Azərbaycana gətirilib

    Cəsəd aidiyyəti üzrə təhvil verilib

    Bakı. 22 aprel. REPORT.AZ Xəbər verdiyimiz kimi, aprelin 18-də Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış və ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən birinin olduğu ehtimal edilən meyitin tanınması və Vətənə gətirilməsi üçün aprelin 22-də Fövqəladə Hallar Nazirliyinin (FHN) “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

    FHN-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, təyyarə aprelin 22-də geri qayıdıb və cəsəd aidiyyəti üzrə təhvil verilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi