Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib - YENİLƏNİB-2

Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib - YENİLƏNİB-2 Xəzər dənizində zəlzələ olub.
Hadisə
26 İyul , 2023 11:38
Lənkəranda zəlzələ olub, ətraf rayonlarda 5-3 bala kimi hiss edilib - YENİLƏNİB-2

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran stansiyasından 20 km şimal-qərbdə, Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.8, dərinliyi isə 5 km olub.

Zəlzələ episentrdə 5, ətraf rayonlarda 5-3 bala kimi hiss olunub.

11.15

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 11:03-də Lənkəran rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə "Report"a Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) məlumat verilib.

Bildirilib ki, yeraltı təkanın maqnitudası 4.9, dərinliyi isə 10 km olub.

11.06

İyulun 26-sı saat 11:03 radələrində Xəzər dənizində zəlzələ baş verib.

“Report”un xəbərinə görə, yeraltı təkanlar 4.7 maqnitudalı olub.

Zəlzələ Azərbaycanın cənub rayonlarında hiss edilib.

Son xəbərlər

Orphus sistemi