Xəzər dənizində 2 balıqçının xilasedilmə əməliyyatı uğurla başa çatıb - ƏLAVƏ OLUNUB

Xəzər dənizində 2 balıqçının xilasedilmə əməliyyatı uğurla başa çatıb - ƏLAVƏ OLUNUB İlk xəbər saat 14:05-də verilib
Hadisə
8 Noyabr , 2018 15:28
Xəzər dənizində 2 balıqçının xilasedilmə əməliyyatı uğurla başa çatıb  - ƏLAVƏ OLUNUB

İlk xəbər saat 14:05-də verilib

Bakı. 8 noyabr. REPORT.AZ/ Bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

“Report” Dövlət Dəniz Agentliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumatda sahildən 10 km məsafədə qayığın hərəkət vericisi xarab olduğundan su axınının balıqçılar olan qayığı açıq dənizə doğru apardığı bildirilib.

“Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb. Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koordinasiyası həyata keçirlir”, - məlumatda vurğulanıb. 

***

Xilasetmə əməliyyatlarının koordinasiyasını həyata keçirən Milli Mərkəz tərəfindən operativliyi təmin etmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin sürətli qayığı hadisə yerinə cəlb edilib. Balıqçılar FHN xilasedicilərinin müşaiyəti ilə sahilə çatdırılıb.

İlk anda yaxınlıqda olan və hadisə yerinə yönəldilən Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi geri çağırılıb.

Son xəbərlər

Orphus sistemi