Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub

Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub Bakı. 11 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.
Hadisə
11 İyul , 2018 09:19
Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
Report/Elshan Baba

Bakı. 11 iyul. REPORT.AZ/ Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış elektrik lövhəsində 10 ədəd qoruyucu açar və giriş-çıxış kabelləri 6 p.m yanıb.

FHN-dən “Report”a bildirilib ki, yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.

Elektrik lövhəsinin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi