Xətai rayonunda 31 yaşlı qadını avtomobil vurub

Hadisə
  • 27 oktyabr, 2022
  • 04:13
Xətai rayonunda 31 yaşlı qadını avtomobil vurub

Bakının Xətai rayonunda 31 yaşlı qadını avtomobil vurub.

"Report"un məlumatına görə, 1991-ci il təvəllüdlü Məmmədova Günel Əziz qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ qasıq və oturaq sümüyünün sınığı diaqnozu qoyulub.

Fakt araşdırılır.