Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib

Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib Məhkəmənin növbəti prosesi yanvarın 30-na təyin edilib
Hadisə
17 Yanvar , 2018 09:27
Xədicə İsmayıl ölkədən çıxışına qoyulan qadağanın götürülməsi üçün məhkəməyə müraciət edib

Bakı. 17 yanvar. REPORT.AZ/ Jurnalist Xədicə İsmayılın barəsində şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan hüdudlarından kənara çıxışına qoyulan qadağanın götürülməinə dair məhkəmə qərarından apellyasiya şikayəti verilib.

“Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda X.İsmayılın anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti prosesi yanvarın 30-na təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin dekabrında həbs edilən X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 5 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. 2016-cı ilin may ayının 25-də Ali Məhkəmə X.İsmayıla 3 il 6 ay şərti həbs cəzası verilməklə azadlığa buraxılması haqda qərar qəbul edib və o, azadlığa buraxılıb.

Xatırladaq ki, X.İsmayıl şərti məhkumetmə ilə əlaqədar ona təyin edilmiş sınaq müddəti dövründə Azərbaycan Respublikası hüdudlarından çıxışına qoyulan qadağanın götürülməsinə dair Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə jurnalistin şikayətini təmin etməyib. O, həmin qərardan apellyasiya şikayəti verib.

Son xəbərlər

Orphus sistemi