Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb

Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.
Hadisə
28 İyul , 2022 18:56
Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb

Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb.

"Report"un Şimal bürosunun xəbərinə görə, Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən baş vermiş avtoqəzada xəsarət alan "BMW" markalı avtomobilin sürücüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Z.Quliyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

17:43

Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.

"Report"un Şimal bürosunun xəbərinə görə, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi