Xaçmazda yol kənarı ilə gedən qadını avtomobil vurub

Xaçmazda yol kənarı ilə gedən qadını avtomobil vurub Qadın ağır xəsarət alıb
Hadisə
19 Sentyabr , 2017 05:25
Xaçmazda yol kənarı ilə gedən qadını avtomobil vurub
Report

Bakı. 19 sentyabr. REPORT.AZ/ Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası qeydə alınıb.

"Report"un xəbərinə görə, 1966-ci il təvəllüdlü Şıxməmmədova Reyhan Məmmədvəli qızı rayon mərkəzində yol kənarı ilə gedərkən onu minik avtomobili vurub.

Qadın ağır xəsarət alıb. O, rayonun mərkəzi xəstəxanasına çatdırılıb. Orada qadına ilkin yardım göstərilib.Yaralının vəziyyəti ağır olduğundan Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi