Yuxarı
    Bağlamaq

    Xaçmazda şəhid ailəsinin evi yanıb - FOTO

    Faktla bağlı araşdırma aparılır

    Xaçmaz. 8 noyabr. REPORT.AZ/ Xaçmaz rayonunda şəhid ailəsinə məxsus fərdi yaşayış evi yanıb. "Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qarğalıq kəndində baş verib. 

    Belə ki, həmin kənddə yaşayan Cavid Hilal oğlu Tağıyevə məxsus ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Yanğın zamanı xəsarət alan olmasa da 6 otaqlı yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanıb. 

    Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xaçmaz Yanğından Mühafizə Xidmətinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. İlkin ehtimallara görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

    Faktla bağlı araşdırma aparılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi