Xaçmazda mina və əl qumbarası tapılıb

Xaçmazda mina və əl qumbarası tapılıb Xaçmaz rayonunda mina və əl qumbarası tapılıb.
Hadisə
19 Noyabr , 2019 16:48
Xaçmazda mina və əl qumbarası tapılıb

Xaçmaz rayonunda mina və əl qumbarası tapılıb. 

Bu barədə "Report"un yerli bürosuna Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildirilib.

Məlumata görə, noyabrın 18-i saat 17:31-də Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xaçmaz rayonu, İzmayılovka qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda mərmiyə bənzər əşyanın tapılması barədə məlumat daxil olub.

Məlumatın axşam saatlarında daxil olmasını nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları noyabrın 19-da həmin əraziyə göndərilib və əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hər biri təlim məqsədli olmaqla 3 ədəd tank əleyhinə mina (UTM-62M), 3 ədəd tank əleyhinə minanın partladıcısı (UMVÇ-62), 2 ədəd F-1 əl qumbarası, 2 ədəd RQD-5 əl qumbarası, 4 ədəd UZRQM partladıcısı və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan hərbi təyinatlı əşyaların ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi