Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin kassasiya şikayətinə baxılıb

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin kassasiya şikayətinə baxılıb Hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
16 Oktyabr , 2018 17:42
Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin kassasiya şikayətinə baxılıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ Bu gün Ali Məhkəmədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

"Report"un xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilmədən saxlanılıb.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə T.Ağakərimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib

Son xəbərlər

Orphus sistemi