Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb

Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
24 İyun , 2017 13:36
Xaçmazda həmkəndlisini ürəyindən bıçaqlayan şəxsin cəzası azaldılıb

Bakı. 24 iyun. REPORT.AZ/ Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Teyyub Ağakərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, T.Ağakərimovun apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, onun 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası 11 il 3 aya endirilib.

Qeyd edək ki, hadisə Xaçmaz rayonunun Yeni Sudur kəndi ərazisində baş verib. Şəxsi münasibətlər zəminində 1992-ci il təvəllüdlü Teyyub Şahbala oğlu Ağakərimov həmkəndlisi 24 yaşlı Roman Şükürağa oğlu Əliosmanovu bıçaqlayıb. T.Ağakərimov R.Əliosmanova 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri onun ürəyinə dəyib. Ağır vəziyyətdə olan R.Əliosmanov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Hadisəni törədən Teyyub Ağakərimov saxlanılıb.

O, Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə T.Ağakərimov 14 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Son xəbərlər

Orphus sistemi