Xaçmazda bir nəfər süni göldə batıb

Hadisə
  • 14 avqust, 2017
  • 09:42
Xaçmazda bir nəfər süni göldə batıb

Bakı. 14 avqust. REPORT.AZ/ Xaçmazda bir nəfər süni göldə batıb.

“Report” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Moruqoba kəndində süni göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlanılıb. Əlavə məlumat veriləcək.