Xaçmazda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Xaçmazda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
22 iyul 2020 19:55
Xaçmazda avtomobilin vurduğu piyada xəstəxanada ölüb - YENİLƏNİB

Xaçmazda baş verən qəzada çoxsaylı xəsarətlər alan piyada xəstəxanada ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub.

Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.

Həkimlərin ciddi səylərinə baxmayaraq, M. Mahmudovun xəsarətləri çoxsaylı və ağır xəsarətlər olduğundan onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

21:41

Xaçmazda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.

Axşam saatlarında yolu keçmək istəyən piyada, Xaçmaz şəhər sakini 1959-cu il təvəllüdlü Məhəmməd Hüseyn oğlu Mahmudovu avtomobil vurub. Ağır xəsarətlər alan M.Mahmudov hadisəni törədən sürücü tərəfindən Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ağır qapalı kəllə-beyin travması, baş-beyinin əziyi, kəllə sümüklərinin sınığı, eləcə də digər diaqnozlar qoyulub və o reanimasiyaya yerləşdirilib.

Həkimlər yaralının vəziyyətini ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Orphus sistemi