Xaçmazda ana özünü oğlunun kəməri ilə asaraq intihar edib

Xaçmazda ana özünü oğlunun kəməri ilə asaraq intihar edib Faktla bağlı cinayət işi başlanılıb
Hadisə
26 May , 2017 13:16
Xaçmazda ana özünü oğlunun kəməri ilə asaraq intihar edib

Xaçmaz. 26 may. REPORT.AZ/ Xaçmaz rayonunda 34 yaşlı qadın intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz şəhərinin Qələbə küçəsi -7 ünvanında baş verib. 

Belə ki, həmin ünvanda yaşayan 34 yaşlı Kəmalə Sərdar qızı Tağıyeva özünü yaşadığı evin qapısında oğlunun idman kəmərilə asıb.

Xaçmaz prokurorluğundan "Report"un yerli bürosuna bildirilib ki, qadının iki övladı olub. O, psixi durumu ilə bağlı həyat yoldaşından ayrılaraq ata evinə qayıtmışdı.

Hüquq-mühafizə orqanları hadisə yerində olub, meyit tibbi ekspertizadan keçirilib. 

Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda CM-nin 125 -ci maddəsilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi