Xaçmazda 63 yaşlı qadın evində yanaraq ölüb

Xaçmazda 63 yaşlı qadın evində yanaraq ölüb Hadisə səhər saatlarında Yataqoba kəndində baş verib
Hadisə
10 Sentyabr , 2016 08:47
Xaçmazda 63 yaşlı qadın evində yanaraq ölüb

Bakı. 10 sentyabr. REPORT.AZ/ Səhər saatlarında Xaçmazın Yataqoba kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 240 m2 olan ikimərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 105 m2 sahədə, 2-ci mərtəbəsində iki otağının yanar konstruksiyaları və ev əşyaları 52 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Nərgiz Ələsgər qızı Əsgərovanın yanmış meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi