Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib - YENİLƏNİB

Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib - YENİLƏNİB Heydərov Xeyrulla İbad oğlunun cəsədini adiyyəti üzrə təhvil verilib
Hadisə
17 Mart , 2018 21:15
Xaçmaz şəhərində mənzildən kişi meyiti aşkar edilib - YENİLƏNİB

Xaçmaz. 17 mart. REPORT.AZ/ Xaçmaz rayonunda yaşadığı mənzildə meyiti tapılan şəxsin adı məlum olub. 

"Report"un Şimal bürosunun məlumatına görə, rayon sakini, 1948-ci il təvəllüdlü Xeyrulla İbad oğlu Heydərovun yaşadığı menzildən meyiti aşkar edilib. Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və meyit adiyyəti üzrə təhvil verilib.


***20:58

Xaçmaz. 17 mart. REPORT.AZ/ Xaçmaz rayonunda mənzildən kişi meyiti aşkar edilib.

“Report”un Şimal bürosu xəbər verir ki, rayon sakininin yaşadığı mənzildən uzun müddət çıxmadığını görən qonşular əvvəlcə qapını döyüblər və ev sahibinin cavab vermədiyini görüb polisə məlumat veriblər. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əmnəkdaşları cəlb edilib. Qapını açmaq mümkün olmadığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırılıb. Hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şamaxı regional şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi