Yuxarı

Xaçmaz rayonunda yanğın

Alov saat 04:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb

Bakı. 8 mart. REPORT.AZ/ Xaçmaz rayonu Niyazoba kəndində vətəndaşa məxsus ümumi sahəsi 156 kv.m olan birmərtəbəli beş otaqlı evin yanar konsturuksiyaları və əşyaları yanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən "Report"-a bildiriblər ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Alov saat 04:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi