​Xaçmaz-Quba yolunda yanğınla nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

​Xaçmaz-Quba yolunda yanğınla nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO Hadisə nəticəsində xəsarət alanlar var
Hadisə
19 Avqust , 2015 23:25
​Xaçmaz-Quba yolunda yanğınla nəticələnən yol qəzası baş verib - FOTO - VİDEO

Bakı. 19 Avqust. REPORT.AZ/ Axşam saatlarında Xaçmaz-Quba yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə zamanı "10 XR 161" dövlət qeydiyyat nişanlı "BMW" markalı minik avtomobili ilə "40 BL 662" dövlət qeydiyyat nişanlı "Mercedes" toqquşub.

Qəzadan dərhal sonra "Mercedes" yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunsa da, avtomobil tam olaraq yanıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində xəsarət alanlar olub və onlar xəstəxanaya aparılıb. 

Son xəbərlər

Orphus sistemi