Vilyam Hacıyevin məhkəməsində 17 şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb

Vilyam Hacıyevin məhkəməsində 17 şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəməyə 17 şahid məcburi gətiriləcək.
Hadisə
22 Aprel , 2022 11:41
Vilyam Hacıyevin məhkəməsində 17 şahid barəsində məcburi gətirilmə qərarı çıxarılıb
Vilyam Hacıyev

İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəməsinə 17 şahid məcburi gətiriləcək.

“Report”un xəbərinə görə, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olub.

Bildirilib ki, dindirilməyən 17 şahid məhkəməyə rəsmi qaydada çağırılsalar da, prosesə gəlməyiblər.

Daha sonra məhkəmə şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses aprelin 25-dək qədər təxirə salınıb.

Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.

İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.

Son xəbərlər

Orphus sistemi