Abşeronda oğurluq edən iki dost saxlanılıb

Abşeronda oğurluq edən iki dost saxlanılıb Abşeron. 16 fevral. REPORT.AZ/ Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının Xırdalan şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər məhkum olunmuş Xəqani Şirinov və dostu Toğrul Məmmədov tutulub.
Hadisə
16 Fevral , 2019 16:58
Abşeronda oğurluq edən iki dost saxlanılıb

Abşeron. 16 fevral. REPORT.AZ/ Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının Xırdalan şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı əvvəllər məhkum olunmuş Xəqani Şirinov və dostu Toğrul Məmmədov tutulub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, onlar sakinlərə yaxınlaşaraq mobil telefonları danışmaq adı ilə alaraq aradan çıxıblar. Dostlar bu cinayəti dəfələrlə təkrarladıqlarını, mobil telefonların satışından əldə etdikləri pulu isə öz aralarında böldüklərini etiraf ediblər.

Araşdırma zamanı dostlardan X.Şirinovun Saray qəsəbəsində mənzilərdən oğurluq edərək vətəndaşlara maddi ziyan vurduğu da məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi