Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Bəhruz Bayramovun fəaliyyətini müzakirə edəcək

Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Bəhruz Bayramovun fəaliyyətini müzakirə edəcək Rəyasət Heyətinin növbəti iclası aprelin 1-də keçiriləcək
Hadisə
31 Mart , 2016 08:57
Vəkillər Kollegiyasının Rəyasət Heyəti vəkil Bəhruz Bayramovun fəaliyyətini müzakirə edəcək

Bakı. 31 mart. REPORT.AZ/ Tanınmış vəkil Bəhruz Bayramovun fəaliyyəti Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətində müzakirə olunacaq.

Bu barədə "Report"a vəkilin özü məlumat verib.

Belə ki, VK-nın Rəyasət Heyətinin növbəti iclası aprelin 1-də keçiriləcək.

"Həmin iclasda mənimlə bağlı məsələ də müzakirə ediləcək", - B.Bayramov bildirib.

Qeyd edək ki, B.Bayramov hazırda Zərdab Rayon Prokurorluğunun keçmiş müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, sabiq deputat Eldar Sabiroğlunun oğlu Rüfət Səfərovun, Fransada mühacirətdə olan "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidovun, onun əmisi oğlu Rövşən Zahidovun və şair Saday Şəkərlinin hüquqlarını müdafiə edir.

Son xəbərlər

Orphus sistemi