​Vəkil təşkilat sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyib

​Vəkil təşkilat sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyib Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib
Hadisə
18 May , 2016 16:02
​Vəkil təşkilat sədri barəsində bəraət hökmünün çıxarılmasını istəyib

Bakı. 18 may. REPORT.AZ/ Bu gün Nizami Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən jurnalist Elçin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un məlumatına görə, E.Həsənovun vəkili Fariz Namazlı müdafiə çıxışı edib.

O, çıxışında ittihamların əsassız olduğunu deyib və onun hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmənin növbəti prosesi mayın 25-nə təyin edilib.

Qeyd edək ki, E.Həsənov Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunur. Ötən prosesdə dövlət ittihamçısı çıxış edərək E.Həsənovun 3 il 5 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, E.Həsənov Sumqayıtda nəşr edilən “Yüksəliş naminə” internet-qəzetin redaktor müavini vəzifəsində çalışıb. Bundan başqa, o, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin üzvü, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” qeyri-hökumət təşkilatı sədrinin müavinidir. 

Son xəbərlər

Orphus sistemi