Vəkil qayınatasını öldürən şəxsin anlaqsız elan ediməsinə etiraz edib

Vəkil qayınatasını öldürən şəxsin anlaqsız elan ediməsinə etiraz edib Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Hadisə
17 Sentyabr , 2019 11:40
Vəkil qayınatasını öldürən şəxsin anlaqsız elan ediməsinə etiraz edib

Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi vəsatət verib. O bildirib ki, istintaq dövründə ekspertiza tərəfindən təqsirləndirilən şəxs barəsində "anlaqsız şəxs" olduğu rəyi verilsə də, zərərçəkmiş tərəf bu rəylə razı deyil. Vəkil təkrar ekspertiza keçirilməsini istəyib.

Müdafiə tərəfi və dövlət ittihamçısı vəsatətə etiraz edib.

Müzakirələrdən sonra məhkəmə vəsatətin təmin edilməməsi barədə qərarı elan edib. Qərarda qeyd edilib ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə stasionar ekspertiza keçirildiyi üçün təkrar ehtiyac yoxdur.

Prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Prokuror çıxış üçün vaxt istəyib. Proses sentyabrın 26-na təyin edilib. 

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib. 1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev, bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adıyla qaynatasıgilə gedib.
Qaynatası 1961-ci il təvəllüdlü Heybətov Heybət ilə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.
Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq xəstə dünyasını dəyişib.
M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ailənin birgə nigahdan 2 azyaşlı övladı var.

M.Balayevə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi