Vəkil Elton Quliyev dəfn olunub

Vəkil Elton Quliyev dəfn olunub Mərhumla vida mərasimi Bakının Təzə Pir məscidində keçirilib
Hadisə
16 Dekabr , 2015 14:37
Vəkil Elton Quliyev dəfn olunub

Bakı. 16 dekabr. REPORT.AZ/ Bu gecə dünyasını dəyişən Azərbaycanın tanınmış vəkil Elton Quliyev dəfn olunub.

"Report" xəbər verir ki, mərhumla vida mərasimi Bakının Təzə Pir məscidində keçirilib.

Vida mərisimində E.Quliyevin həmkarları, dostları, ictimai-siyasi xadimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mərhum Yasamal qəbristanlığında dəfn olunub. 

Qeyd edək ki, E.Quliyev 1956-cı ildə anadan olub.

1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) hüquq fakültəsində təhsil alıb. 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, İstintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb.

1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü idi.

İngilis versiyası Lawyer Elton Guliyev buried

Son xəbərlər

Orphus sistemi