Vəkil adından qanunsuz istifadə edən şəxs cəzalandırılıb

Vəkil adından qanunsuz istifadə edən şəxs cəzalandırılıb Vəkil adından qanunsuz istifadə edən Bağırzadə Camal Ramazan oğlu cəzalandırılıb.
Hadisə
6 Oktyabr , 2023 18:12
Vəkil adından qanunsuz istifadə edən şəxs cəzalandırılıb

Vəkil adından qanunsuz istifadə edən Bağırzadə Camal Ramazan oğlu cəzalandırılıb.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə Nizami Rayon Məhkəməsi qərar qəbul edib.

Belə ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Bağırzadə Camal Ramazan oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (Xırda talama) və 399-cu (Vəkil adından qanunsuz istifadə) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb və baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 350 manat məbləğində inzibati qaydada cərimə edilib.

Qeyd edək ki, daha əvvəl C.Bağırzadənin vətəndaş Pərvanə Babayevaya özünü Vəkillər Kollegiyasının üzvü kimi təqdim edərək pul almasına dair məlumat yayılmışdı. Daha sonra həmin şəxs bu barədə Baş Prokurorluğa müraciət edib.

Son xəbərlər

Orphus sistemi