Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evləri daşqına məruz qalıb

Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evləri daşqına məruz qalıb Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evi daşqına məruz qalıb.
Hadisə
9 İyun , 2023 11:59
Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evləri daşqına məruz qalıb

Ukraynanın Xerson vilayətində azərbaycanlıların da evi daşqına məruz qalıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, vilayətdə Dnepr çayının sol sahilində işğal altdakı ərazidə yaşayan Musa Topuyeva və Çingiz Həsənova məxsus evlər ilk gündən daşqına məruz qalaraq suda batıb.

M.Topuyev və Çingiz Həsənovun özləri və ailələri ilə 2 gündür əlaqə yoxdur. Dnepr çayının sağ sahilində, azad edilmiş ərazidə yaşayan Əlirza Ağayevə məxsus ev də daşqına məruz qalıb və zərər görüb. O ailəsi ilə əvvəldən Avropaya təxliyə olunub.

Xatırladaq ki, Ukraynada Kaxovka SES-in bəndi iyunun 6-da partladılıb, 100-ə qədər yaşayış məntəqəsi daşqınlara məruz qalıb.

Bu stansiya Ukraynanın cənubundakı rayonların elektrik, enerji, suvarma və su təchizatı, eləcə də Xersondan Zaporojyeyə naviqasiya üçün Dnepr axınının illik tənzimlənməsini təmin edirdi. Kaxovka SES 2022-ci ilin fevralında Şimali Krım kanalı ilə birlikdə Rusiya tərəfindən işğal olunub.

Son xəbərlər

Orphus sistemi