Ukraynada fəallar Prezident Administrasiyası qarşısında təkər yandırıblar - VİDEO

Ukraynada fəallar Prezident Administrasiyası qarşısında təkər yandırıblar - VİDEO Onlar həmçinin bir mikroavtobusu aşırmaq istəyiblər
Hadisə
19 Noyabr , 2017 09:59
Ukraynada fəallar Prezident Administrasiyası qarşısında təkər yandırıblar - VİDEO

Bakı. 19 noyabr. REPORT.AZ/ Ukraynanın "Azadlıq hərəkatı"nın fəalları Prezident Administrasiyasının binası qarşısında təkər yandırıblar.

“Report” xəbər verir ki, bu barədə hərəkatın üzvləri "Facebook"dakı səhifələrində yazıblar.

Sosial şəbəkədə paylaşılan videoyazıda həmçinin bir qrup şəxsin ağ rəngli mikroavtobusa yaxınlaşaraq onu aşırmaq istəməsi öz əksini tapıb. Onların iddiasına görə, bu nəqliyyat vasitəsi ilə onlar izləniliblər.

Məsələyə deputat Yeqor Sobolev müdaxilə edib və sürücüdən vəsiqə təqdim etməsini istəyib. Kişi Ukrayna Təhlükəsizlik Xidmətinin vəsiqəsini təqdim etdikdən sonra, deputat insanlardan avtobusu buraxmalarını xahiş edib.

Son xəbərlər

Orphus sistemi