Ukraynada azərbaycanlı kriminal avtoritet öldürülüb

Ukraynada azərbaycanlı kriminal avtoritet öldürülüb "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb
Hadisə
13 Avqust , 2020 12:53
Ukraynada azərbaycanlı kriminal avtoritet öldürülüb
0 : 00
0 : 00

Ukrayna paytaxtı Kiyevin Desnyanskiy rayonunda kriminal aləmdə "Maqa" ləqəbi ilə tanınan, Azərbaycan vətəndaşı, 1994-cü il təvəllüdlü, əslən Bakıdan Hüseynov Məhərrəm İzzət oğlu öldürülüb.

"Report"un Avropa bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki bazarların biri ilə bağlı mübahisə zəminində baş verib.

Avqustun 10-da baş vermiş insident zamanı M.Hüseynov ürək nahiyəsindən aldığı bıçaq zərbəsindən yerindəcə ölüb.

Artıq Desnyanskiy rayon polisi hadisəni törətməkdə şübhəli bilinən 4 nəfəri saxlayıb və rayon məhkəməsi onlar barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Saxlanılanlar arasında Azərbaycan vətəndaşı, 1991-ci il təvəllüdlü, əslən Astara rayonundan olan Ağayev Cavid adlı azərbaycanlı da var.

Son xəbərlər

Orphus sistemi