Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb Ukraynanın Ujqorod şəhərində dələduzluq ittihamı ilə beynəlxalq axtarışında olan Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
23 İyun , 2020 11:57
Ukraynada Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynanın Ujqorod şəhərində dələduzluq ittihamı ilə beynəlxalq axtarışında olan Azərbaycan vətəndaşı saxlanılıb.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, 43 yaşlı Azərbaycan vətəndaşı interpol və yerli polis əməkdaşlarının birgə səyilə ticarət əyləncə mərkəzinin qarşısında saxlanılıb. Şübhəli şəxsin Azərbaycanda bir dəstənin dələduzluq əməlləri barədə cinayət işlərində adı hallandığı bildirilir.

İndi onun Azərbaycana təhvil verilib-verilməməsi barədə Ukrayna məhkəməsi qərar verəcək.

Son xəbərlər

Orphus sistemi