Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib - FOTO

Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib - FOTO Xilasetmə işlərinə 4 xilasedici və bir ədəd texnika cəlb olunub
Hadisə
3 Oktyabr , 2017 04:43
Ukrayna dağlarında azərbaycanlı turist xilas edilib - FOTO

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ukraynanın Zakarpat vilayətinin Raxovski rayonu ərazisində Azərbaycandan olan turistin həyatı xilas edilib.

"Report" xəbər verir ki, oktyabrın 1-də Kakaraza dağında turist marşrutu ilə hərəkət zamanı 1989-cu il təvəllüdlü Azərbaycan vətəndaşının halı pisləşib.

Axtarış-xilasetmə əməliyyatına Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin Yasiyanski dağ axtarış-xilasetmə şöbəsinin 4 xilasedicisi və bir ədəd texnikası cəlb olunub. Onlar zərərçəkmişə ilkin tibbi yardım göstəriblər. Ardınca azərbaycanlı turist xərəkdə avtomobilə mindirilərək Yasinyanski şəhər xəstəxanasına aparılıb.

Son xəbərlər

Orphus sistemi