Ucarda yol qəzasında yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB

Ucarda yol qəzasında yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB Ucar. 24 avqust. REPORT.AZ/ Ucar rayonunda yol qəzasında yaralanan şəxslərin adları məlum olub.
Hadisə
24 Avqust , 2018 14:54
Ucarda yol qəzasında yaralanan şəxslərin adları məlum olub - YENİLƏNİB
Report
0 : 00
0 : 00

Ucar. 24 avqust. REPORT.AZ/ Ucar rayonunda yol qəzasında yaralanan şəxslərin adları məlum olub. 

"Report"un Şirvan bürosu xəbər verir ki, bunlar 1989-cu il təvəllüdlü Həbibə Fəxrəddin qızı Mahmudova, 1994-cü il təvəllüdlü Kənan Fəxrəddin oğlu Mahmudov və 2017-ci il təvəllüdlü Nəhayət Azər qızı Süleymanovadır. Hazırda həmin şəxslər Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə olunurlar.   

Bundan başqa, avtomobildə olan 1995-ci il təvəllüdlü Turanə Fəxrəddin qızı Mahmudova və bir azyaşlı uşaq qəzadan yüngül xəsarətlə qurtulub və onlara lazımi tibbi yardım göstərilib.


***14:23

Ucar. 24 avqust. REPORT.AZ/ Ucar rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı bir ailənin 4 üzvü xəsarət alıb. 

"Report"un yerli bürosu xəbər verir ki, “Hyundai Santa-Fe” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Nəticədə ikisi azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır olduğundan Ucar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Digər azyaşlı sərnişinə isə ambulator yardım göstərilib.


*** 13:48

Ucar. 24 avqust. REPORT.AZ/ Ucar rayonunda ağır yol qəzası baş verib.

"Report”un Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza zamanı bir neçə nəfər ağır bədən xəsarətləri alıb. 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkim briqadası cəlb edilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi