Ucarda velosipedçinin ölümü ilə bağlı cinayət işi başlanıldı

Hadisə
  • 23 aprel, 2020
  • 05:36
Ucarda velosipedçinin ölümü ilə bağlı cinayət işi başlanıldı

Ucarda velosipedçinin ölümü ilə bağlı istintaq tədbirləri davam etdirilir.

"Report"un xəbərinə görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə aprelin 22-də rayonun Qarabörk kəndi ərazisində baş verib.

Belə ki, Ucar rayon sakini, 1986-cı il təvəllüdlü Allahverdiyev Asim Nazim oğlunun idarə etdiyi "VAZ-21011" markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Qarabörk kənd sakini, 1956-cı il təvəllüdlü İkiram Soltan oğlu Quliyevi vurub. 

İ.Quliyev ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.