Ucarda qumbara tapılıb

Ucarda qumbara tapılıb Ucar rayonunda qumbara tapılıb.
Hadisə
10 Oktyabr , 2019 17:34
Ucarda qumbara tapılıb

Ucar rayonunda qumbara tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ucar rayonu, Müsüslü kəndi ərazisində əl qumbarasının və “Kalaşnikov” avtomatının tapılması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Ucar Rayon Polis Şöbəsinin və Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Yuxarıda adı qeyd olunmuş ərazidə Bakı-Ələt-Qazax avtomobil yolunun kənarına baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb.

Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQD-5), 3 ədəd UZRQM partladıcısı və 208 ədəd müxtəlif çaplı patronlar aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan hərbi təyinatlı əşyaların ətrafında 200 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Son xəbərlər

Orphus sistemi