Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

Hadisə
  • 20 dekabr, 2018
  • 07:10
Ucarda itkin düşmüş qadını öldürən şəxs tutulub

Bakı. 20 dekabr. REPORT.AZ/ Ucarda qətl törədən şəxs tutulub.

DİN Mətbuat Xidmətindən “Report”a daxil olan məlumatda bildirilib ki, Ucar Rayon Polis Şöbəsinə dekabrın 9-da 31 yaşlı Gülnar Həşimovanın yaşadığı Qaradağlı kəndindəki evdən çıxaraq itkin düşməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Dekabrın 16-da qadının bıçaqla qətlə yetirilmiş meyiti kənd ərazisində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Qaradağlı kənd sakini İlkin Çıqqarov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.

44 - Tezliklə