Ucarda qəza nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB

Hadisə
  • 17 iyun, 2017
  • 20:11
Ucarda qəza nəticəsində yaralananların adları məlum olub - FOTO - YENİLƏNİB
Report.az

Bakı. 18 iyun. REPORT.AZ/ Ucarda qəza nəticəsində yaralananların adları məlum olub.

"Report" Şirvan bürosu xəbər verir ki, "Fiat" və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində birinci maşının sürücüsü, 1994-cü il təvəllüdlü Qurbanov Emin Akif oğlu, həmçinin sərnişin və ya sürücü olduğu hələlik bilinməyən 1994-cü il təvəllüdlü Həsənov İlqar Behbud oğlu xəsarət alıb.

19:30/17 iyun


Ucar rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Şirvan bürosunun xəbərinə görə, hadisə 19:00 radələrində iki minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Qəza nəticəsində xəsarət alan şəxslər dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.