Ucarda həmyerlisini öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Ucarda həmyerlisini öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb Cinayət işi hakim Camal Ramazanovun icraatına verilib
Hadisə
5 Dekabr , 2018 09:17
Ucarda həmyerlisini öldürən şəxsin ibtidai istintaqı yekunlaşıb

Bakı. 5 dekabr. REPORT.AZ/ Ucarda qətl törətməkdə təqsirləndirilən Fariz Qədirovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Camal Ramazanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə Ucar rayonunun Pirkənd kəndi ərazisində qeydə alınıb. Belə ki, rayonunun Pirkənd kənd sakini, 1982-ci il təvəllüdlü Fariz İbrahimxəlil oğlu Qədirov aralarında yaranmış şəxsi münaqişə zəminində rayonun Ənvər Məmmədxanlı kənd sakini, 1961-ci il təvəllüdlü Rahil Ətraf oğlu Abdullayevə bir neçə bıçaq zərbəsi vurub. Yaralı Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. R.Abdullayev əməliyyat olunarkən xəstəxanada ölüb.

Daha sonra F.Qədirov hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.

Son xəbərlər

Orphus sistemi