Ucarda biçilmiş taxıl sahəsi yanıb

Ucarda biçilmiş taxıl sahəsi yanıb Ucar rayonunda biçilmiş taxıl sahəsi yanıb.
Hadisə
7 Avqust , 2019 18:33
Ucarda biçilmiş taxıl sahəsi yanıb

Ucar rayonunda biçilmiş taxıl sahəsi yanıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Müsüslü kəndində qeydə alınıb.

Hadisə yerinə Ucar və Kürdəmir dövlət yanğından mühafizə idarələrinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının digər ərazilərə keçməsinin qarşısı alınıb.

Fakt araşdırılır.

Son xəbərlər

Orphus sistemi