Göyçayda arxın kənarını təmizləyən şəxs yerə yıxılaraq ölüb

Göyçayda arxın kənarını təmizləyən şəxs yerə yıxılaraq ölüb Ucar şəhəri, H. Əliyev küçəsi, döngə 3, ev 10 ünvanında qeydiyyatda olmaqla yaşayan, uzun müddətdir ki, ürək xəstəliyindən əziyyət çəkən 1985-ci il təvəllüdlü Beydullayev Rauf Faiq oğlu 17.05.2024-ci il tarixdə saat 16:00 radələrində Göyçay rayonu, Müskür
Hadisə
18 May , 2024 09:44
Göyçayda arxın kənarını təmizləyən şəxs yerə yıxılaraq ölüb

Göyçay rayonunda arxın kənarını otdan təmizləyən Ucar sakini yerə yıxılaraq ölüb.

"Report" xəbər verir ki, hadisə rayonun Müskürlü kəndində qeydə alınıb.

Belə ki, uzun müddət ürək xəstəliyindən əziyyət çəkən Ucar şəhər sakini 1985-ci il təvəllüdlü Rauf Beydullayev Müskürlü kəndində Zülfiyyə Babayevaya məxsus həyətin qarşısında arxın kənarını otdan təmizləyərkən qəflətən vəziyyəti pisləşib və yerə yıxılaraq ölüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi