Ucarda 4 bal gücündə zəlzələ olub

Ucarda 4 bal gücündə zəlzələ olub Təkanların dərinliyi 34 km-dir
Hadisə
19 İyun , 2017 11:01
Ucarda 4 bal gücündə zəlzələ olub

Bakı. 19 iyun. REPORT.AZ/ Ucarda zəlzələ olub.

Bu barədə “Report”a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

İlkin məlumatlara əsasən, iyunun 16-da yerli vaxtla saat 17:41:13-də Zərdab stansiyasından 32 km şimal-qərbdə, Ucar ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 4 bal, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.4, dərinliyi 34 km olub.

Son xəbərlər

Orphus sistemi