​Bakı-Şamaxı yolunda üç avtomobil toqquşub - FOTO

​Bakı-Şamaxı yolunda üç avtomobil toqquşub - FOTO Hər üç avtomobil yararsız vəziyyətə düşüb
Hadisə
118
10 Fevral , 2015 09:37
​Bakı-Şamaxı yolunda üç avtomobil toqquşub - FOTO

Bakı. 10 fevral. REPORT.AZ/ Bakı-Şamaxı yolunun Müşfiqabad qəsəbəsindən keçən hissəsində 3 avtomobilin toqquşmasi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report” xəbər verir ki, əvvəlcə qəsəbəyə dönmək istəyən Nurəliyev Aydin Seyidağa oğlunun idarə etdiyi “Daewoo” markalı avtomobil qarşıdan əks yolla gələn nəqliyyat vasitəsini gözləməyib. Nəticədə “Daewoo” Vəliyev Rafiq İsmayıl oğlunun idarə etdiyi “Wolksfagen” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bundan sonra isə '“Wolksfagen”in sürücüsü idarəetməni itirərək dayanacaqda sərnişin düşürən Üzeyir Atakişiyevə məxsus “Naz Lifan” markali avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da, hər 3 avtomobil yararsız vəziyyətə düşüb. Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi