Yuxarı
    Bağlamaq

    ​Türkiyədə 7 azərbaycanlı dəm qazından zəhərlənib

    Onların qohum olduqları bildirilir

    Bakı. 28 mart. REPORT.AZ/ Türkiyənin Bursa bölgəsinin Mərkəz Yıldırım rayonunun Egitim məhəlləsində dəm qazından 7 azərbaycanlı zəhərlənib, onlardan biri ölüb.

    "Report" "Bursahakimiyyet" saytına istinadən xəbər verir ki, hadisəyə səbəb sobanın bacasının tıxanıq olması göstərilib.

    Məlumatda bildirilib ki, 31 yaşlı Tərlan Əhmədoğlu ölüb, onun yaxın qohumları Səltənət Əhmədoğlu, Məhək Əhmədoğlu, Cumalı Əhmədov, G.Əhmədov, Sevgi Əhmədova, Teylam Əhmədov isə xəstəxanaya yerləşdiriliblər.

    Polis orqanlarından bildirilib ki, hadisənin baş verməsinə səbəb evdə yandırılan daş kömür sobasından sızan dəm qazı olub.

    Məlumata görə, ölən və zəhərlənənlər Azərbaycan vətəndaşlarıdır. 

    Hadisə ilə bağlı istintaq aparılır. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi