Yuxarı

Türkiyə şirkətinin Beynəlxalq Banka qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib

Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Türkiyə Respublikasının “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkətinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Türkiyə şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib. Şirkət bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi