Türkiyə-Azərbaycan sərhəddində 500 mina aşkarlanıb

Türkiyə-Azərbaycan sərhəddində 500 mina aşkarlanıb Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 74 əməkdaşı Türkiyə-Azərbaycan sərhəddində minatəmizləmə əməliyyatlarında iştirak edir”.
Hadisə
6 Sentyabr , 2018 16:47
Türkiyə-Azərbaycan sərhəddində 500 mina aşkarlanıb

Bakı. 6 sentyabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 74 əməkdaşı Türkiyə-Azərbaycan sərhəddində minatəmizləmə əməliyyatlarında iştirak edir”. 

Bunu “Report”a açıqlamasında ANAMA-nın İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səbinə Sərkərova deyib. 

Onun sözlərinə görə, indiyə kimi Türkiyə-Azərbaycan sərhəddində həyata keçirilmiş əməliyyatlar nəticəsində 15 000 kvadratmetr ərazi təmizlənib, 500 ədəd mina aşkar olunaraq zərərsizləşdirilib. 

S.Sərkərova ANAMA-nın başqa ölkələrdə də minatəmizləmə əməliyyatlarında iştirak edəcəyinin gündəmdə olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi